22.03.2025

Ataların yolu ilə gedən igidlər…

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Təltif olunan qəhrəmanlarımız arasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin oğlu İlkin Rzaquliyevin də adı var.

Ağır döyüş yolu keçmiş baş leytenant İlkin Rzaquliyev, «Cəsur döyüşçü», “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


Təbrik edirik!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovun oğlu Bayram Osmanov da təltif olunanlar arasındadır.

Şərəfli döyüş yolu keçmiş Bayram Osmanov da “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Təbrik edirik!

Hər iki döyüşçümüz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləridir.

Elnur Səlim


P.S. Veteranlarımızın təltif olunan övladlarını hər birini təbrik edirik! Ardıcıl olaraq hər biri haqqında məlumatlar verəcəyik…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: