Olmayan qurumun axtarışda olan quldurbaşı Araikin referendium qərarı
Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Arutyunyan referendum keçirmək qərarı verib.
Bu barədə Ermənistanın öndəgedən xəbər portalı “News.am” məlumat yayıb.
Məlumatda deyilir ki, “Qarabağa etimad referendumu” adını daşıyacaq səsvermə ilə bağlı xəbəri Harutyunyan bu gün Xankəndidə təyin etdiyi mitinqdə açıqlayacaq.
Sayt yazır ki, Arayik Nikol Paşinyanın Ermənistanda son qələbəsindən sonra həvəslənərək, özünün Qarabağdakı “hakimiyyətinin” legitim olmasını sübut etməyə çalışır.
Xatırladaq ki, dünən Xankəndidə bir qrup erməni Arayik Harutyunyanın istefa verməsi tələbi ilə etiraz aksiyası keçirib.
Bu gün saat 18:00-da isə Arayik Xankəndidə mitinq təyin edib və hamını ora dəvət edib.
O bəyan edib ki, bütün məsələlərlə bağlı açıq danışacaq və hamının suallarını cavablandıracaq.
Mənbə: KAİM.az