08.09.2024

Paşinyan: «İlk nəticələr xalqın qələbəsidir»

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan «Vətəndaş Müqaviləsi» partiyasının qərargahında çıxış edərək, erkən parlament seçkilərinin ilk nəticələrini xalqın qələbəsi adlandırıb.

Bu barədə TASS məlumat yayıb.

Paşinyan, ölkədə 20 iyun tarixində keçirilmiş erkən parlament seçkilərindən sonra onun siyasi qüvvəsinin parlamentdə çoxluq təşkil edəcəyinə inanır.

«Vətəndaş Müqaviləsi» partiyasının parlamentdə çoxluq qazandığı onsuz da aydındır. Bütün səslər hələ sayılmayıb, amma inandırıcı səs çoxluğumuza sahib olduğumuz məlumdur», — Paşinyan vurğulayıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: