22.11.2024

«Atalar və oğullar: Zəfər yolunda» adlı tədbir keçirildi

«Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək» İctimai Birliyinin (DAHDİB) təşkilatçılığı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB), veteranların iştirakıyla «Azərkitab» təbliğat mərkəzində qarşıdan gələn 26 İyun Ordu gününə həsr olunmuş «Atalar və oğullar: Zəfər yolunda» adlı tədbir keçirdi.


DAHDİB prezidenti Tofiq Əlizadə tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Daha sonra Tofiq Əlizadə bildirdi ki, tədbirdə iştirak edən ata-oğul Füzuli Rzaquliyev və oğlu İlkin Rzaquliyev müharibədə iştirak ediblər. Sözü AVMVİB sədri Füzuli Rzaquliyevə verdi. F. Rzaquliyev, oğluyla birgə və daha öncə də Vətən uğrunda döyüşdüyündən şərəf duyduğunu qeyd etdi. Bildirdi ki, yüzlərlə müharibə veteranının oğulları ön sırada bu Vətən uğrunda döyüşdülər və hər zaman döyüşməyə hazırdılar.


Daha sonra tədbir iştirakçıları çıxış edənlər — Kamil Şirinov, Vahid Aburəhmanov, İslam Səfərov, Azad Musayev, Zakif Abbasov, Qurban Osmanov, Salman Musayev, Salman Hüseynov, Timuraz Mansurov, Qorxmaz Nəsirov, Tahir Sadıqov, Almaz Zeynalova, İlkin Rzaquliyev, Mehriban Abdullayeva, Şahlar Şuşalı, Əkbər Rüstəmov, Aygün Hüseynova, Oqtay Əliyev və başqaları 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun cəbhədə göstərdikləri qəhrəmanlıqlardan və fədakarlıqlardan danışdılar.


Maraqlı keçən bu tədbiri müharibə veteranları təqdir edir və «Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək» İctimai Birliyinin (DAHDİB) rəhbərliyinə və İctimai Birliyin sədri Tofiq Əlizadəyə öz minnətdarlıqlarını bildirirlər.


Zəkəriyyə Rəhimov — AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi


Nurlan Məmmədli — Veteran.az saytının redaktoru

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: