21.11.2024

İranda prezidentliyə azərbaycanlı namizəd seçki rəqabətindən vaz keçdi

İran İslam Respublikasında islahatçılar düşərgəsindən prezidentliyə namizəd Möhsin Mehrəlizadə namizədliyini geri götürüb.

Milliyyətcə Azərbaycan türkü olan M. Mehrəlizadə Daxili İşlər Nazirliyinə məktub yazaraq namizədliyini geri götürdüyünü açıqlayıb.

M. Mehrəlizadənin yaxın saatlarda rəsmi bəyanatla geri çəkilməsinin səbəblərini açıqlayacağı bildirilir.

Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 18-də keçiriləcək. Seçkilərdə 7 namizədin rəqabət aparacağı təsdiqlənmişdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: