22.11.2024

Ermənilər işgəncə verdikləri azərbaycanlılarla üzləşdilər — Baku TV

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə amansız işgəncələr verən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın növbəti məhkəməsi keçirilib.

Baku TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmədə ittiham aktı elan edilib. İttihama əsasən, cinayətkarlar müxtəlif vaxtlarda əsirləri suda boğub, döyməkdən gözlərini kor edib, siqaret kötüklərini bədənlərində söndürüblər.

İttihama münasibət bildirən Lüdvik Mkrtiçyan əsir və girovlara işgəncə vermədiyini, Alyoşa Xosrovyan isə yalnız Azərbaycan sərhədlərini pozduğunu bildirərək özünü qismən təqsirli bilib. Növbəti məhkəmə iclası iyunun 16-na təyin edilib.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: