27.07.2024

Şəhid Ziyadxanın adına bulaq tikildi — Foto

Bu gün Kürdəmir şəhərində şəhid Ziyadxan İbrahim oğlu Əliyevin adına inşa edilən bulağın açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat paylaşıb.

Açılışda Kürdəmir İH nümayəndələri ilə yanaşı, rayon ictimaiyyəti və Bakıdan gedən qonaqlar da iştirak edib.

Qeyd edək ki, əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan 1997-ci il təvəllüdlü Ziyadxan Əliyev Kürdəmirin Carlı kəndindən doğulub. Vətən müharibəsində zamanı Suqovuşan istiqamətindəki döyüşlərdə şəhid olub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: