«Arsax»da həyatı əvvəlki kimi olan bir nəfər də tanımıram — Abramyan
“Müharibədən sonrakı “Arsax”da həyat hər mənada alt-üstdür”.
Bu fikirləri bu günlərdə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Milli Təhlükəsizlik Xidmətinin “Anaket” analitik mərkəzinin rəhbəri Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
Abramyanın yazdığına görə, o və baş nazir vəzifəsinə namizəd Artur Vanetsyan Qarabağa gəliblər. Onlar burada gördüklərindən dəhşətə düşüblər.
Tiqran Abramyan yazır:
“”Arsax”da ailəsində, qohumları arasında, yaxud yaxın çevrəsində həlak olmayan və həyatı əvvəlki kimi olan bir adam belə tanımıram”.
Daha sonra “Arsax”da insanların “düşmən”lə – Taqavard, Karmir Şuka kəndlərində, Xankəndi, Əsgəran, Ağdərə və Martuni şəhərlərinə qədər yan-yana yaşadıqlarını və bunun “təhlükəli” olduğunu vurğulayır.
“Deməli, mövcud reallıqla və hər hansı müqavilələrlə razılaşmamalıyıq. “Arsax”ın əvvəlki sabit inkişaf, sülh və təhlükəsizliyi qaytarılmalıdır”, deyə Abramyan sərsəmləyib. (konkret.az)