Bu gün onların peşə bayramıdır
5 İyun “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivinin peşə bayramıdır.
Prezident İlham Əliyevin 14 may 2014-cü ildə imzaladığı Sərəncamla bu tarix “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilib.
Dövlətə və xalqa xidmət etmək ən şərəfli vəzifələrdən sayılır.
Bu gün münasibətilə AVMVİB Binəqədi rayon şöbəsinin sədri , “Azərsu” ASC –nin əməkdaşı Mərdan Ələsgərov başda olmaqla bütün “Azərsu” ASC əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, dövlətə və xalqa xidmətdə yeni-yeni uğurlar arzulayırıq. Qeyd edək ki Vətən müharibəsində “Azərsu» ASC –nin bütün əməkdaşları ordumuza həm maddi, həm də mənəvi dəstək oldu. Elə bu gün də «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları şəhid və qazi ailələrinə diqqət və qayğı ilə yanaşmaqdadır.
Susuz həyat yoxdur!
Bayramınız mübarək!
D.D. Elnur Səlim