Türkiyə böyük qaz yatağı kəşf etdi
“Fateh” qazma gəmisi Sakarya qaz zonasında “Amasra-1” quyusunda 135 milyard kubmetr həcmində təbii qaz kəşf edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Beləliklə, ehtiyatımız 540 milyard kubmetrə çatdı. Qara dəniz qazının 2023-cü ildə istifadəsi ilə bağlı dostlarımız canla-başla çalışır”, — deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, ötən gün “Blumberq” agentliyi bu tapıntı ilə bağlı məlumat yaymışdı.