Ermənilərin sərhəddə yeni təxribat planı: BU DƏFƏ QADIN HƏRBÇİLƏRİ QABAĞA VERİBLƏR
Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhəddində baş verən olayla bağlı videogörüntü yayılmışdı. Həmin görüntülərdə ermənilərin qəfil hərbçilərimizə hücum edərək, postu basması lentə alınmışdı. Bu hadisə Azərbaycanda əksəriyyətin qəzəbinə səbəb olmaqla yanaşı, həm də postumuza hücum edib, əsgərlərimizə əl qaldıran ermənilərin əsir götürülməsini, hətta öldürülməsini tələb edənlər də az deyildi. JAMAZ.İNFO həmin olayın detallarını araşdırraraq, əslində hadisənin necə baş verdiyini öyrənməyə nail olub.
Bildirək ki, hadisə sərhəddin Kəlbəcər istiqamətində qeydə alınıb. Səhər saatlarında postda xidmət edən 7 Azərbaycan Ordusunun əsgəri onlara doğru erməni hərbçilərinin gəldiyini görüblər. Məsələ barədə dərhal komandanlığa xəbər verilib, dəstək istənilib və onlardan hansı addım atılması barədə əmr gözləyiblər. Komandanlıq tərəfindən əsasən erməni hərbçilərinin önlənilməsi, ərazidən çıxarılması, buna nail ola bilmədikdə təxribatlardan qaçmağı, zərurət olmadan silahdan istifadə etməmək, əlavə qüvvə gələnə qədər postda dayanmaq əmri verilib.
Bu zaman Azərbaycan hərbçiləri bir məqamda ehtiyatı əldən veriblər. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, əsgərlərimiz dağa doğru qalxan erməni qadın hərbçiləri gördükdə, onların qarşısına silahla çıxmağı özlərini sığışdırmayıblar. Elə bu səbəbdən də əvvəlcə 3 hərbçimiz erməni qadınların önünə çıxıb, onlara xəbərdarlıq edib. Bu zaman, qəfil onların arxasından çıxan təxminən 150-dən çox erməni hərbçisi əsgərlərimizə hücum çəkiblər. Hətta onlardan biri postumuzda quraşdırılmış pulyamyotu götürərək, Ermənistan tərəfə atəş açmaya cəhd etdib. Lakin əsgərlərimizin sayıqlığı nəticəsində düşmənin bu təxribatının qarşısı alınıb.
Məlumata görə, 7 əsgərlər 150-dən çox erməni hərbçisi arasında münaqişəli vəziyyət cəmi 10 dəqiqə çəkib. Həmin vaxt ermənilər əsgərlərimizə bıçaq çəkərək, onlardan bir neçəsinə yüngül xəsarət belə yetiriblər. 10 dəqiqədən sonra əraziyə dəstək qrupları gəlib. 70 nəfər dəstək qrupun üzvləri 5-10 dəqiqə içində bütün erməniləri ərazidən qovublar. Hətta erməni hərbçi qadınlar Azərbaycan əsgərinin onlara bir şey etməyəcəyinə arxayın olaraq, postumuzda qalmaqda israr ediblər. Bundan sonra bizim hərbçilər onlar məcburi qaydada ərazidən uzaqlaşdırıb, qovublar.
Əldə etdiyimiz məlumatlara görə, həmin vaxt Ermənistan hərbçilərinin komandiri olan yüksək çinli zabitlərdən biri (onun hətta briqada komandiri və ya baş qərargah rəisi olduğu da iddia olunur) əsgərlərimizlə mübahisə ediblər. Bu zaman əsgərimizin səbri çatmayıb və kəllə ilə onun sifətinə zərbə endirib. Nəticədə, erməni zabitin burunu qırılıb, qaşı partlayıb. Düşmən bundan sonra geri çəkilib.
Bu əsnada, JAMAZ.İNFO-ya verilən bir başqa məlumatda Ermənistan hakimiyyətinin sərhəddə əsgərlərimizi təxribata çəkmək üçün yeni bir vasitəyə əl atdığı da məlum olub. Həmin məlumata görə, son bir həftə ərzində Ermənistan tərəfi sərhəddə xeyli sayda qadın hərbçi göndərib.
Qeyd edək ki, bu məlumat hələ bir müddət əvvəl İrəvan tərəfindən rəsmi olaraq açıqlanmışdı. Həmin məlumatda deyilirdi ki, orduya könüllü qoşulmuş 100-dən çox qadın hərbçi xidmət etmək üçün müxtəlif hərbi hissələrə göndərilib.
Bizim dəqiqləşdirmələrimizə və əldə etdiyimiz məlumata görə, həmin erməni qadın hərbçilər məhz Azərbaycanla sərhəddə göndərilib. Onların əsas missiyası Azərbaycan əsgərlərini özlərinə cəlb etmək və bununla da təxribata əl atmaqdır. Belə ki, artıq son 3-4 gün ərzində həmin qadın hərbçilər günbatana yaxın Azərbaycan əsgərlərini çağıraraq, “hər ikimiz silahı yerə qoyaq, görüşək” xəbərini göndərirlər. Məslən, siqaret almaq və ya söhbət etmək kimi istəklərdə bulunurlar. Hətta bu planlarını icra etmək üçün, yəni sgərlərimizi cəlb etmək üçün qadına yaraşmayan hərəkətlər də etdiklərinə dair məlumatlar da var. Məlumatda qeyd edilir ki, erməni qadın hərbçilərin əsas məqsədi görüşə nail olmaq və bundan sonra haray-həşir salaraq, guya, Azərbaycan əsgərinin onları zorladığı, təcavüz etdiyi görüntüsü yaratmaq və beləliklə dünyaya haqqımızda “vəhşi” obrazı yaratmaq, habelə öz iyrənc təbliğatlarını qurmaqdır.
Bildirək ki, məsələdən xəbərdar olan hərbi hissə komandirləri məhz bu səbəbdən əsgərlərimizə qəti təlimat və əmr verərək, heç bir şəkildə erməni qadın hərbçilərlə təmas qurmağı, görüşməyi, hətta danışmağı belə qadağan ediblər. Əks təqdirdə, bu əmri pozan hərbçilərimizin cəzalandırılacağı barədə xəbərdarlıq ediblər.
Xatırladaq ki, ermənilər tarixən öz qadınlarının imkanlarından istifadə edərək, niyyətlərini həyata keçirməkdən çəkinməyiblər. Onların öz qadınlarını lazım gəldikdə hədiyyə etməsi, əxlaqsız qadın kimi işləri düşdükləri adamlara sırıdıqları da sirri deyil. Hazırda sərhəddə ənənələrinə uyğun olaraq, Azərbaycana qarşı eyni iyrənclikdən yararlanmaq istəmələri də qeyri-adi məsələ deyil.