08.09.2024

Şəhid anası “Kontakt Home”un yardımından İMTİNA ETDİ

Xəbər verdiyimiz kimi,  «Kontakt Home»  mağazalar şəbəkəsi Vətən müharibəsində  şəhid olan  Adilov Şirəli İlham oğlunun evinə  gələrək, mağazadan borca götürdüyü mebelləri aparıb.  Bununla bağlı məsələ ictimailəşdirildəkdən sonra  «Kontakt Home»  şəhidin bütün borclarını ləğv edəcəyini  bildirmişdi. 

Bakıvaxtı.az xəbər verir ki, bu gün isə  şəhidin anası  «Kontakt Home» gedərək, oğlunun bütün borclarını  ödəyəcəyini bildirib.  Belə ki, mağaza rəhbərliyi şəhid anasına borcların bağlanmasını hədiyyə etsə də,  Zümrüd Adilova bunları qəbul etməyib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: