27.07.2024

Azərbaycan Ordusu mövqelərini daha da irəli daşıyıb — Arutyunyan faktı gizli saxlamağa çalışır

Qarabağda azərbaycanlılar mövqelərini daha da irəli aparıblar. Arayik Arutyunyan düşmənin irəliləməsi faktını gizli saxlamağı tapşırıb.

Qazet.az xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Azərbaycan silahlı qüvvələri Qarabağdakı mövqelərini bir anda bir sıra istiqamətlərdə, xüsusən də Kəlbəcər istiqamətində irəli daşıyıblar.

Sünik və Geğarkunik vilayətlərində olduğu kimi, azərbaycanlıların Qarabağda irəliləməsinin qarşısını almaqla bağlı heç bir təlimat verilməyib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: