28.03.2024

AVMVİB-də yeni təyinatlar

AVMVİB rayon və şəhər şöbələrinin fəaliyyətində əsaslı dönüş yaratmaq məqsədiylə yürütdüyü kadr islahatlarını davam etdirir. AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi Əşrəf Fazilinin təqdimatı araşdırılaraq 4 rayon şöbəsi yaradılıb və sədrləri dəyişdirilib.

Təyinat mərasimində AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB sədrinin hüquqi və sosial işlər üzrə müavini Abbas Hüseynli, NTK sədri Niyazi Quliyev və AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi Əşrəf Fazili iştirak edirdilər.

AVMVİB sədri F. Rzaquliyev yeni təyin edilmiş sədrləri təbrik edərək onlara bu hüququ verən vəsiqələri təqdim etdi.

Tofiq Zaman oğlu Cəfərov — AVMVİB Gəncə şəhər Nizami rayon şöbəsinin sədri, Arzu Şamil oğlu Kərimov — AVMVİB Gəncə şəhər Kəpəz rayon şöbəsinin sədri, Əli Vilayət oğlu Musayev — AVMVİB Daşkəsən rayon şöbəsinin sədri və Dilqəm Sabir oğlu Əliyev isə AVMVİB Şəmkir rayon şöbəsinin sədri təyin ediliblər.

Təbrik edir və hər bir yeni təyin olunmuş rayon şöbəsi sədrinə fəaliyyətlərində uğurlar arzulayırıq.

AVMVİB mətbuat xidməti

AVMVİB-DƏ YENİ TƏYİNATLAR
AVMVİB-DƏ YENİ TƏYİNATLAR
AVMVİB-DƏ YENİ TƏYİNATLAR
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: