AVMVİB Nəsimi rayon şöbəsi tədbir keçirib

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun verdiyi məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Nofəl Zahid oğlu Quliyev AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə Xatirə medalı ilə təltif edilib.

Xatırladaq ki, Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov medalı şəhidin oğlu İlkin Quliyevə və həyat yoldaşı Firəngiz xanıma təqdim edib. Tədbirdə rayon veteranları Etibar Allahverdiyev, Famil Süleymanov, müəllimlər və şagirdlər iştirak edirdilər.

Şəhidlər ölməz!
Allah rəhmət eləsin!

Azər Bayram

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •