20.04.2024

AVMVİB Rəhbərliyi Nəsimi rayon İcra Hakimiyyəti Başçısı ilə görüşdü

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, veteran təşkilatlarına və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıyla daim örnək olan İcra Hakimiyyəti Başçılarındandır.

Müharibə veteranlarının müraciətiylə, AVMVİB Rəhbərliyi, AVMVİB-nin fəxri üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovu təşkilatın təsis etdiyi «Milli Ordu-100» xatirə medalıyla təltif ediblər. Xatirə medalını A. Əsgərova təqdim edən AVMVİB sədri Füzuli Rzaquliyev, onun işlədiyi bütün bölgələrdə müharibə insanlarına örnək bir şəkildə, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişlərinə tam uyğun olaraq diqqət və qayğı göstərməsini dilə gətirdi.

O, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovu təbrik edərək, veteranların istəyi və təşkilat rəhbərlliyinin yekdil rəyiylə «Milli Ordu-100» xatirə medalıyla təltif etdi.

Görüşdə, həmçinin AVMVİB Nəsimi rayon şöbəsinin sədri, sədrin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov, AVMVİB Səbail rayon şöbəsinin sədri, AVMVİB sədrinin təşkilat məsələləri üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev də iştirak edirdilər.

Çox minlik veteranlar ordusu adından Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovu təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.

Müəllif: Azər BAYRAM

AVMVİB Rəhbərliyi Nəsimi rayon İcra Hakimiyyəti Başçısı ilə görüşdü
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: