Ermənilərdən Şuşa ilə bağlı SENSASİON ETİRAF: Əsgərlərimizə bu dəhşətli RAKETİ ATIBLAR

Ermənistan ordusu Şuşa istiqamətində gedən döyüşlərdə “İsgəndər” taktiki raketlərindən istifadə edib.

Bunu ölkənin «Adekvat» partiyasının lideri Artur Danielyan açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan noyabrın 7-də «İsgəndər»dən istifadə edib: “Raket həmin gün səhər saatlarında atılmışdı. Guya azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket şəhərə yox, yaxınlığındakı erməni hərbçilərin yanına düşüb”.

Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyi 44 günlük müharibə ərzində «İsgəndər» kompleksindən istifadə olunması iddialarını təkzib etmişdi.(Publika.az)

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Поделиться