19.03.2024

Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilər

Novruz bayramı münasibətiylə könüllülərdən ibarət «N» saylı hərbi hissənin keçmiş döyüşçüləri, müharibə veteranları şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilər.

Fedai.az xəbər verir ki, mart ayının 16-da könüllülər Şəhidlər Xiyabanına gələrək şəhid olmuş silahdaşlarının məzarlarını ziyarət etdilər.

Ziyarət zamanı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, polkovnik-leytenant Rəhman İsgəndərov, leytenant C. Alışov, qocaman döyüşçü Rafiq Şükürov öz ürək sözlərini bildiriblər. Bizimlə söhbətdə AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, son zamanlar düşmən Azərbaycana qarşı aktiv informasiya savaşı aparır. Düşmən Azərbaycana qarşı və daxili auditoriyaya hesablanmış bəyanatlar verməkdədirlər. Biz dəfələrlə bəyan etmişik və bir daha bəyan edirik ki, biz öz torpaqlarımızı silah gücüylə almağa qərarlıyıq. Hər an Ali Baş Komandanın «hücum» əmrini gözləməkdəyik. Düşmən xoşluqla o torpaqlardan çıxmaq niyyətində deyil və biz də öz torpağımızı kimlərəsə vermək niyyətində deyilik. Son düşmən əsgərini gəbərdənədək döyüşməyə Ordumuzun da, ehtiyyat qüvvələrin də gücü yetərlidir. Xalqımız buna əmin olsun ki, düşməndən sorulası hesabımızı soruşmağın vaxtıdır.

Keçmiş döyüşçü Rafiq Şükürov da bildirdi ki, şəhidlərimizin qanını almalı və torpaqlarımızı silahlı mübarizəylə mənfur düşməndən təmizləməliyik. Bu gün hər bir müharibə veteranı, o torpaqlarda vuruşmuş hər bir döyüşçü Prezidentin əmrini gözləyir. Döyüşçülər bilirlər ki, düşmənin anladığı tək şey mərmidir. Onları mərmiylə başa salmalıyıq.

Ziyarət iştirakçıları şəhid cəbhədaşlarının qəhramanlıq dolu döyüş yollarından, onların göstərdiyi şücaətlərdən danışdılar.

Veteran döyüşçülər, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə öz ehtiramlarını bildirib, məzarları üstünə qərənfillər düzdülər.

Sonda veterann döyüşçülər cəbhə yoldaşlarının uyduğu Şəhidlər Xiyabanında xatirə şəkilləri çəkdirdilər.

Müəllif: Elnur SƏLİM

Xəbərə aid digər fotolar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: