25.04.2024

Erməni qoşunları torpaqları tərk etməsə… — Rusiyalı politoloq — VİDEO

Rusiyalı politoloq Maksim Şevçenko növbəti dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özünün şəxsi sosial şəbəkə profilindən paylaşım edib. 

O bildirib ki, ermənilər 90-cı illərin əvvəllərində Rusiyadakı Yeltsin hakimiyyətinin dəstəyilə işğal etdikləri Azərbaycanın tarixi torpaqlarından dərhal çıxmalıdırlar.

Müharibə həm Azərbaycan, həm də erməni xalqı üçün pis həll variantıdır. Serj Sarkisyan 5 rayonun qaytarılmasıyla bağlı  İlham Əliyevlə razılığa gəlmişdi. Bu gərginliyin azlamasına, Ermənistanın Zaqafqaziya iqtisadi sisteminə qayıtmasına səbəb olacaqdı.

Lakin onlar Sarkisyan hakimiyyətini devirib, Paşinyanı hakimiyyətə  gətirdilər. Və yenidən müharibə gərginliyin yaranması, zorakılığın artmasına imkan yaratdılar. Mənim Füzuli rayonuna səfərim simvolik xarakter məna  daşıyırdı. Orada hər kəs müharibəyə hazır idi. Azərbaycan Silahlı Qüvvələrinin mövqelərində olarkən, buna bir daha əmin oldum. Mən, iyirmi il erməni işğalı altında olan ərazidə güllələnmiş qəbiristanlığı gördüm. Gəlin, Zaqafqaziyanı böyük imperiyalar tərəfindən sonsuz manipulyasiyaya uğrayan bir yerdən sülh ərazisinə çevirək. Erməni qoşunları torpaqları tərk etməsə, Azərbaycan əsgəri öz tarixi torpaqlarını azad edəcək».

Eurasia Diary

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: