18.04.2024

AVMVİB-nin «Müharibə veteranı» fərqləndirici döş nişanının təqdimatı olub

AVMVİB-nin «Müharibə veteranı» fərqləndirici döş nişanının təqdimat mərasimi olub. Təqdimat mərasimində Avmvib sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov, Abbas Hüseynli, NTK sədri Niyazi Quliyev, AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu, rayon şöbələrinin sədrləri və səlahiyyətli nümayəndələr iştirak ediblər.


Döş nişanı hər bir iştirakçıya təqdim edilib. Hər bir AVMVİB üzvünün bu fərqləndirici döş nişanıyla təmin ediləcəyi qərara alınıb. Bu işdə rayon şöbələrini fəal olmağa çağırırıq.


Xeyirli və uğurlu olsun!


AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: