19.03.2024

Türkiyə PA: «Qarabağın azadlığı Türk dövlətləri arasında həmrəyliyin ən böyük zəfəridir»

«Qarabağ zəfəri Türk dövlətləri arasında həmrəyliyin ən böyük təzahürüdür. Əlbəttə, Qarabağ zəfəri hamıdan əvvəl Azərbaycanın zəfəridir».

Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulda keçirilən “Böyük Türkiyə vizyonu” panelində çıxışı zamanı deyib. O bildirib ki, bu qələbə həm də Türkiyənin və bütövlükdə Türk dünyasının qalibiyyətidir: «Biz qardaş Azərbaycanın yanında olduq, güclü həmrəylik göstərdik. Bu həmrəylik müqəddəs həmrəylikdir». F.Altunun sözlərinə görə, bu həmrəylik nəticəsinə gələcəkdə Türk dünyasına vurulmaq istəyən zəncirlər qırılacaq: «Biz həmrəyliyimizi indi də davam etdiririk».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: