Şərəflə yaşanan ömür yolu: Mayor Vüqar Bağırov- 57

Yüksək peşəkarlığı, humanistliyi,dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təvazökarlığı, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə  seçilən ömrünün ən məhsuldar dövrünün  20 ildən çox şərəfli xidməti yolunu  hərbi xidmətdə keçirmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü  ehtiyatda olan mayor Bağırov Vuqar Hayqa    oğlunun  yanvar  ayının 23- də 57 yaşı tamam olur.

   Daimi həyatın bütün çətinliklərindən alınıacıq və üzüağ cıxan  Müharibə Veteranı  ehtiyatda  olan mayor Bağırov Vuqar Hayqa oğlunu, doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi  səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat  yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirik ki,Vuqar Hayqa oğlu Bağırovun,  yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni illi isə ötən illərdən  daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     İctimai işlərdə fədakarlıq göstərən,  dostlarına ,yaxınlarına isti münasbətdə  olan mayor Bağırov Vuqar Hayqa oğlu 1966-cü ilin  yanvar ayının 23-  də Zəngilan rayonun Məmmədbəyli kəndində zəhmətkeş ailədə  anadan olub.

    1982 -ci ildə  Zəngilan rayon Məmmədbəyli kənd  orta məktəbi, 1989 cu ildə  Ryazan Ali hərbi avtomobol mühəndis  mexanika məktəbini bitrib,  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində,Zabitlərin hazırlığı üzrə tədris mərkəzində və  hərbi hissələrində kecirlən, müvafiq ixtisas artırma kurslarında,    bir çox təlim-metodiki toplanışlarda,  xüsusi- taktiki təlimlərdə, nümunəvi- göstərici  məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

     Xoş ünsiyyəti və təvazökarlığı  ilə secilən, mayor Vuqar Bağırov 1989-1991 — ci  illərdə Sovet Ordusunun Sankt- peterburq şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirinin texniki hissə üzrə müavini,1991- 1992 -ci illərdə  Azərbaycan Ordusunun Zəngilan rayonunda yerləşən hərbi hissəində avtomobil xidmət rəisi vəzifəsində olub.O,1992- 2004-ci illərdə isə   Daxili Qoşunların Binəqədi,Xəzər və      Xətai rayonlarında yerləşən hərbi hissələrində avtomobil və zirehli  texnika bölüyün komandiri, Sürücülər  və kicik komandirlər hazırlayan tədris  bölüyün komandiri, tabor komandirİ vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.  

        Hec kəsi özndən  incitməyən, xoş rəftarı və şirin dili ilə   hər kəslə doğmalıq   münasibəti yaradan, Müharibə Veteranı ehtiyatda  olan mayor Vuqar Bağırov   Azərbaycan Respublikasının ərazi bütövlüyü  uğrunda ( Ağdam, Ağdərə  və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.                                                                        

     İşgüzar, calışqan ,işinə qətiyyətli, mübariz  keyfiyyətli olan,Vuqar Bağırov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

O, Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

    Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, bir cox fəxri fərmanlarla və qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Bacarıqlı, təşkilatcı və qayğıkeş insan  Vüqar  Döyüş hazırlığınsa, xüsusi taktiki təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətindəz döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi yubiley medaları ilə təltif olunub,ictimai işlərdə fəriqləndiyinə görə isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin təsis etdiyi isə  xatirə    medaları  ilə təltif edilib.

        DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. VUQAR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyi (AVMVİB)sədrının hüquqi məsələlər üzrə  müavini polkovnik Salman Musayev

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: