AVMVİB təltif edir

AVMVİB üzvlərinin təltifini davam etdirib.

AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin I müavini Kamil Şirinov və AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanovun iştirakıyla AVMVİB üzvləri, Qarabağ uğrunda gedəın döyüşlərdə iştirak etmiş polkovniklər Sənan Məmmədov və Şaiq Məmmədov AVMVİB-nin 25 illiyi münasibətiylə təşkilatın təsis etdiyi Xatirə medalları ilə təltif ediliblər.

Təltif olunan müharibə veteranlarını təbrik edən AVMVİB sədri F. Rzaquliyev tezliklə qələbə sevincləri yaşamağı arzuladı. Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında işğalda olan torpaqlarımızın azad ediləcəyinə inandığını bildirdi.

AVMVİB sədrinin I müavini Kamil Şirinov və AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov da müharibə veteranlarını təbrik etdilər.

Təltif olunmuş polkovnik və polkovnik diqqət və qayğı üçün AVMVİB Rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Təbrik edirik!

E. Səlim

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bunları da oxumağı tövsiyə edirik: