29.03.2024

Paşinyanın oğlunun İrəvanda keçən «Qarabağdakı hərbi xidməti» — VİDEO

Paşinyanın oğlunun İrəvanda keçən «Qarabağdakı hərbi xidməti» — VİDEO

Paşinyanın oğlu hərbi hissədə olmaq əvəzinə, İrəvan küçələrində gəzir. Onu bu gəzintidə 6 cip 20 cangüdən müşaiyyət edirdi. Siyasətçi Narek Samsonyan bunu, öz avtomobili ilə gedərkən görüb və təsadüfən lentə alıb. Aşot Paşinyan öz bacısı ilə İrəvan küçələrindəgəzərkən görüntülənib. Bu görüntüləri öz facebook səhifəsində paylaşıb. N. Samsonyan əlavə edib ki, «buyurun, erməni milləti, görün sizi, kim qoruyur?»

Bu videodan sonra Paşinyana xidmət edən, bir vaxtlar «Sasna Tserer» (erm. Սասնա Ծռեր համահայկական կուսակցություն) partiyasına aid olan qrup üzvləri tərəfindən paqonlarını murdarlayaraq özünü alçaltdıqları Artak Poqosyanın polisləri onlarınn arxasınca gəziblər. Soruşmaq lazımdır, Nİkolun nə haqqı vatr ki, keçmişi tənqid etsin?

Görəsən Aşot 1 il ərzində neçə gün hərbi xidmətdə olub?

Baş nazirin Mətbuat katibi Vladimir Karapetyan deyib ki, baş nazirin oğlu Dağlıq Qarabağın müdafiə ordusunda sıravi əsgər kimi xidmət edir və məzuniyyətə gəlib. Əlavə edib ki, Ermənistan ordusunda 1 ildən artıq xidmət edənlər, həftədə 2 gün evlərinə buraxılırlar. Yəni Baş nazirin mətbuat katibi deyilənləri təkzib edib.

Narek Samsonyan qeyd edib ki, facebookda bunu paylaşdıqdan sonra onu polis idarəsinə çağırıblar. Onun sorğusuna cavab olaraq, ona məxsus telefon nömrəsini maşın nömrəsi ilə tapdıqlarını bildiriblər. Mən onlardan qorxmuram, onlara qarşı qarşılıqlı iddia ilə çıxış edəcəyəm. Bildirib ki, «Sasna Tserer»ə aid qrup başçılarından birinin onun poqonunu qoparıb murdarlamasını xatırlatmışdı. Siyasətçi qeyd edib ki, Ermənistanda qanunlara riayət edilmir.

Narek Samsonyan erməni xalqına müraciət edib və məsələ ilə bağlı bir sıra açıqlamalar verib.

İsmayıl Tanrıverdi
BDU-nun Erməni Araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzi

P.S. Dəyərli alimimiz İsmayıl Tanrıverdi müəllim hazırda xəstəxanadadır. Allah şəfa versin! Dualarımız sizinlədir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: