Ermənistanda atışma olub

«Report» bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Armavir vilayətində qeydə alınıb.

Belə ki, sürücülər — 30 yaşlı Ara Qriqoryan və 26 yaşlı Koryun X. arasında yaranmış mübahisə silahlı insidentlə nəticələnib. Mübahisə zamanı Ara Qriqoryan tapança ilə Koryun X-a atəş açıb. Lakin sonuncu güllədən yayına bilib. Bundan sonra A. Qriqoryan şəxsi avtomobili ilə ərazidən uzaqlaşıb.

Araşdırmalar zamanı A. Qriqoryanın Ermənistan parlamentinin keçmiş deputatı, general Manvel Qriqoryanın oğlu olması müəyyənləşdirilib. A. Qriqoryan müvəqqəti sərbəst buraxılıb və ondan heç bir yerə getməməsi barədə iltizam alınıb.

Generalın oğlunda həmçinin bıçaq da aşkarlanıb./Report/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share