29.03.2024

«Qayınatam Qarabağda hamilə qadınlara təcavüz edib, onları öldürürdü» — Ermənidən etiraf — VİDEO

Ukrayna telekanallarından birində yayımlanan «Ekstrasenslər araşdırma aparır» («Следствие ведут экстрасенсы») verilişində iştirakçı Nelli adlı erməni qadın ermənilərin azərbaycanlılara, xüsusilə hamilə qadınlara qarşı törətdikləri vəhşiliyi etiraf edib.

Gazette xəbər verir ki, verilişin formatına uyğun olaraq ekstrasenslər onun evində baş verən bədbəxtliklərin səbəbini axtaran zaman maraqlı anlar yaşanıb. Belə ki, ekstrasens Suren Culakyan gözləri qarşısında canlanan dəhşətli mənzərədən çox təsirlənib. Erməni ekstrasensin Nellinin qohumları arasında manyak və onun zorakılığa meyilli ola biləcəyini deməsindən sonra erməni qadın ağlayaraq hər şeyi etiraf edib.

Nelli keçmiş qayınatasının I Qarabağ savaşında azərbaycanlılara qarşı olmazın vəhşiliklər etdiyini, hətta hamilə qadınları zorlayıb, sonra onlara amansız işgəncələr verərək öldürdüyünü ona danışdığını bildirib. Onun sözlərinə görə keçmiş qayınatası etdiklərini fəxarətlə danışaraq oğlunun da elə edəcəyini qeyd edirmiş.

Erməni cinayəti

Maraqlıdır ki, gəlinin bu sözlərindən sonra anası danışıb və deyib ki, müharibə gedirdi, qaynata təbii ki, qəhrəman idi. «O danışırdı ki, necə doğrayıblar, necə hamilə qadınların qulaqlarını kəsiblər». Verilişə dəvət olunmuş ekstraens qadının «o, bununla fəxr edirdi?» sualına erməni qız «bəli, o bu qəddarlığı ilə fəxr edirdi» deyib. /Qazette.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: