20.04.2024

Ermənilər Koçaryanın cinayətlərindən yazırlar…

Artur Mkrtçyanın qətlinin gizlinləri

Bu nöqteyi — nəzərin reallıqla əlaqəsi yoxdur. Birincisi, Dağlıq Qarabağda Robert Köçəryan, yalnız rəsmi mənada hakimiyyətə gəlmişdi. Qarabağda 90-cı illərdə döyüşən ordunun komandiri Samvel Babayanın hərbi diktaturası qurulmuşdu. Robert Köçəryanın prezidentliyi bu diktaturanın kölgəsində qalmışdı və ya ən yaxşı halda onun hakimiyyəti siyasi pərdə rolunu oynayırdı. Üstəlik, 1997-ci ildə Robert Köçəryanın Ermənistanda peyda olmasına Samvel Babayanın həyata keçirdiyi «sekvestr» (Hər hansı bir əmlakın, hakimiyyətin istifadəsi və ya sərəncamına dövlət orqanları tərəfindən qoyulmuş qadağa və ya məhdudiyyət) siyasəti nəticəsində baş verdiyi barədə bir fikir var: O dövrün elitasına yaxın insanlar Qarabağdan Serj Sarkisyanı və Robert Köçəryanı «sürgün edən» Samvel Babayan olduğunu iddia edirlər.

Bütün hallarda, Qarabağda Robert Köçəryan heç vaxt geniş rəğbət bəslənən bir lider olmamışdı və hətta Samvel Babayanın kuklası olmasa belə, icmaiyyətə deyil, onun adı ilə bağlanan bir çox çirkin cinayətlərə borcludur.

Qarabağdakı 88-ci ildəki «hərəkat» 1992-ci ilin yanvarında Qarabağ Ali Şurasının ilk sədri seçilən Artur Mkrtçyanın adı ilə əlaqələndirilirdi.

12 fevral 1988-ci ildə Hadrud mitinqindən Ali Şuranın sədri seçilənə qədər Artur Mkrtçyan, vəzifəyə gedən yolu sürətlə keçdi. 1992-ci ilin yanvarında ümummilli hərəkat ruhunun təcəssümü olan gənc bir fəal separatçı «DQR»-də hakimiyyət başında dayandı.

Artur Mkrtçyan yalnız Dağlıq Qarabağ Respublikası Ali Şurasının ilk sədri seçiləndə 32 yaşında idi və atılan güllə onun həyatına son qoyanadək cəmi 97 gün bu vəzifədə qala bildi.

Artur Mkrtçyanın qətlinin üstü açılmadı və bu qətl müəmmalı olaraq qaldı.

Artur Mkrtçyan ARFD (Армянская Революционная Федерация (АРФ), Дашнакцутю́н) üzvü idi və Daşnak dairələrində, öz adamını Qarabağda hakimiyyətə gətirməyə çalışan bu qətlin arxasında AOD-un dayandığı fikri formalaşmışdı. Həqiqətən tezliklə, «DQR»-də güc sahibi olmuş — əvvəlcə Dövlət Müdafiə Komitəsinin rəhbəri, sonra prezident kimi fəaliyyət göstərən Robert Koçaryandan bəhs edirik. ARFD faktiki olaraq Robert Köçəryanı Artur Mkrtçyanın cəsədi üstündən hakimiyyətə gəlməkdə ittiham etmişdi. Əlbəttə ki, bu hal Daşnaksyutunun cəmi altı il sonra Ermənistandakı Robert Köçəryanın qanlı hakimiyyətinin əsas dayaqlarından birinə çevrilməsinə mane olmamışdı.

Robert Koçaryanın hansısa bir partiya ilə nə qədər əlaqəli olduğunu söyləmək çətindir, ancaq əsas məsələ, həm Ermənistanda, həm də Qarabağdakı hakimiyyətinin qanlı terror aktları nəticəsində təsdiqlənməsidir. Qarabağda buna misal, Artur Mkrtçyanın öldürülməsi, Ermənistanda isə 27 oktyabr cinayətləri idi.

Artur Mkrtçyanın qətl epizodu, siyasi terrorun Robert Koçaryanın üslubuna uyğun olduğunu göstərir. Ermənistanda Koçaryanın özünə vurğunluğu yaranmışdı və Samvel Babayan tərəfindən vaxtaşırı təhqirlərdən sonra Koçaryanda bu komplekslər əmələ gəlmişdi.

Bütün bunlara görə isə bədəli Ermənistan cəmiyyəti ödədi.

Fedai.az Araşdırma Qrupu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: