19.04.2024

AVMVİB sədri «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla bir çox tanınmış media və QHT nümayəndələri, ictimai xadimlər, tarixçi alimlər «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təqdim olunma mərasimi keçirildi.

İlk medallarını Azərbaycan Respublikasının Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadəyə, AXC qurucularının varislərindən Leyla Abasquliyeva, Xurşud Abdullayeva, Solmaz Şıxlınskaya təqdim etdi.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Millət vəkili Azay Quliyev isə hərbyönəmli QHT rəhbərlərini təltif etdi. Təltif olunanlar atrasında AVMVİB sədri Füzuli Rzaquliyevin də adı vardı. AVMVİB ədri F. Rzaquliyevin «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltifi müharibə veteranları tərəfindən cənab İ. Əliyevin döyüşmüş insanlara münasibəti kimi qarşılanıb.

AVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildi

AVMVİB sədri F. Rzaquliyevi çox minlik veteranlar ordusu və oxucularımız adından təbrik təbrik etdik və bizimlə söhbətdə dedi: «Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təqdim olunmağıma görə cənab Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm».

Bir daha F. Rzaquliyevi 64 minlik veteranlar ordusu adından təbrik edirik!

AVMVİB mətbuat xidməti

AVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildi
AVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildi
AVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildi
AVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildi
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: