“Özü iki dəfə qaçmağın nümunəsini göstərib” – Paşinyandan Ter-Petrosyana atmaca
Mən qaçan insana bənzəyirəm? Heç kim xalqın verdiyi qərardan qaçacağımı düşünməsin.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Artaqatsotn bölgəsinə səfəri zamanı deyib.
«Ter-Petrosyan özü siyasi karyerasında 2 dəfə qaçmağın nümunəsini göstərib. İnsanlar məni güllələməli olduqlarına qərar versələr belə, divarın önündə dayanacağam. Qaçmayacağam», — deyə Paşinyan bildirib.
Qeyd edək ki, Levon Ter-Petrosyan daxili siyasi böhrandan çıxmağın yeganə yolunun Baş nazir Nikol Paşinyanın dərhal istefa verib, ölkədən qaçması olduğunu demişdi.