Şəhid atası Şirinov Bağır Eldar oğlu nədən şikayətlənir
Göyçay rayonu Çərəkə kənd sakini, şəhid atası Bağır Şirinovun ŞƏHİD oğluna verilmiş 11 min manatı Göyçayda bərbad vəziyyətdə olan ŞƏHİDLƏR XİYABANININ abadlaşmasına sərf edib.
«Mənim oğlum Eldar Bağırov Vətən müharibəsində 6 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub. Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə polkovnik leytenant Orxan Əkbərov, Elnur adlı mayor, gizir Sübhan Abduraxmanov, Şakir adlı MAXE, gizir Hüseyn Qasımov və mənim oğlum Eldar ermənilərlə bir neçə saat döyüşüb mühasirəni yarıb özləri şəhid olmaqla 70 dən çox hərbiçimizin sağ qalmasına nail olublar.
Eldar ailənin tək oğlu idi.Oğlum dəfn edildiyi Çərəkə kənd Şəhidlər Xiyabanı çox baxımsız bərbad gündə idi. Şəhidliyiə görə aldığımız 11.000 manat sığorta pulunu mən Şəhidlər Xiyabanının abadlaşdılmasına xərcləmişəm. Oraya işıq dirəyi basdırıb böyük projektorlu işıq çəkdirmişəm, 32 metr hündürlüyündə bayraq dirəyi quraşdırmışam, şəhidlər üçün lövhə yerləşdirmişəm, ancaq rənglənib təmir edilməlidir.
Kol-kos basmış parkı təmizlətdirib ağaclarını budayıb ətəyini rəngləmişəm. Hazırda isə arzum orada şəhidlər bulağı inşa etdirməkdir. Ancaq Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi ilə Şəhidlər Xiyabanı ilə maraqlanmayıb. Heç bir köməklik göstərməyib, onun bu laqeyidliyi mənə çox pis təsir göstərir. Eşıtmişəm digər yerlərdə şəhidin məzarının düzəldilməsi üçün icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 1500 manat pul verilir, ancaq Göyçayın icra başçısı 500 manat pul vermişdi. Mən şəhid oğlumun məzarının düzəldilməsinə 1900 manat pul xərcləmişəm. İcra başçısı Çərəkə kənd Şəhidlər Xiyabanına su çəkilməsinə nə razılıq vermir, nə də ki, köməklik göstərmək istəmir.
Hələ Şəhidlər Xiyabanının girişi və yan tərəfi çox bərbad gündədir. Ancaq ona pis oluram ki, icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi və Şəhidlər Xiyabanı ilə maraqlanmayıb. Biz şəhid ailəsi olaraq mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik. Şəhid ailəsinə laqeydlik göstərən Şəhidlər Xiyabanını baxımsız qoyan icra başçıs barədə tədbir görəsiniz.
Əlaqə telefonu; (050) 388-85-31
Leyla Həsənova