30.10.2024

RÜŞVƏTXORLAR ERMƏNİYƏ XİDMƏT EDİRLƏR!

Xaqani Ədəboğlu

Hələ 1989-cu ildə erməni separatçı hərəkatı olan «Krunq»un ikinci adamı olan daş karxanasının müdiri Vaqif Qalstyanı tutmuşduq və 1 saat onunla söhbət etdim. Hələ o vaxt Ağdamı alacaqlarını dediyinə görə soruşdum ki, bunu necə edəcəksiniz? Bildirdi ki, bizə deyiblər ki, bu işləri rüşvətlə həll edəcəyik. Sonra da mənim özümə 20 min manat və VAZ-06 avtomobilini təklif etdi ki, onu buraxım. Razılaşmadım, çünki Ağdərədə Şükür Rzayev adlı prokrorluq işçisi tutulmuşdu və onunla dəyişmək üçün Ağdama DTK-ya təhvil verdik. O, yolda da dedi ki, sizin hökumət məni 12 saat saxlaya bilməz. Amma az vaxtdan sonra rüşvətxorlar onu 400 minə satdıqlarını öyrəndik…


Bu gün, ölkədə rüşvət tüğyan edir. Rüşvət insanların həyat tərzinə və məişət hadisəsinə çevrilib. Artıq «cidanı çuvalda» gizləyib sözlə güləşməyimizi dünyalar Don Kixotun Yel dəyirmanına qarşı mübarizəsinə bənzədir. Ölkədə susqun olan adamlar belə danışır. Bir reklamda «İndi hamı danışacaq!» deyildiyi zamandır. Hakimiyyət zorakı həbslərlə deyil, xalqın və vicdanlı medianın qaldırdığı problemləri çözməlidir. Qədrbilən xalqımız daha gənc-qoca nazir demir. Ütülü və qırışmış nazirlər deyir. Çünkü bu qohum-əqraba hökmdarlığında pisin yerinə yaxşı deyil, pisin yerinə çox pisi qoyurlar. İlhamə Quliyeva «uzaqgörənliklə» dediyi kimi: «Yaşın nə fərqi var ki?»


Cavanlar xalqa daha enerjili zülm edə bilərlər. Prinsipcə qoca rüşvətxorla gənc rüşvətxorun nə fərqi ola bilər ki?


Ölkəmizdə islahat əvəzinə eksperimentlər aparılır. Məsələn, tülkünü toyuq fermasının müdiri, canavarı qoyunçuluq naziri, sovkanı pambıqçılıq müdiri və s. qoyub analoqsuz nəticələr əldə edə bilirik. Yekunda ortada nə toyuq qalar, nə qoyun qalar, nə də ki, pambıq.


Bu gün çoxları sabiq MT naziri Eldar Mahmudovun üstünə düşüb. Bu adam nə edib ki? Bir OBXSS kimi öz bilik və bacarığını inkişaf etdirib. İndi o neyləməliydi? Ona verilən meydanın adı, bir az onun sənətinə uyğun gəlmədiyinə görə öz sənətindənmi əl çəkəydi?


Bir diaspora canavarı Nazim İbrahimov vardı. Hansı ölkəyə barmaq qoyub diasporamız erməniləşib. Ya özləri, ya da altdakılar erməni çıxıb. Yazıq neyləsin, özününkünü də göndərəndə gedib Avropanı kor qoyub erməniylə aşna olmadımı?


Hələ bir Səlim Müslümov vardı. Az qalırdı millətə verilən cüzi pensiyaları kəssin. Xalq da deyirdi ki, bu maliyyəçidi, yəqin bir bildiyi var. Sonu nə oldu? Analoqsuzluq. Haqq-hesabda kəm-kəsir çıxdı.


Hələ bir milli Bayraq meydanı tikib, milyonları verdik bir mıxçaya. Nədir, nədir k, dünyada bizi bu mıxça ilə tanısınlar. Hələsi var bu Milli Bayrağa erməni Rəşad Məmmədov (Martirosyan) adlı birini rəis də qoyduq. Sonu nə oldu? Sovrulan milyonların fonunda Bayraqsız Bayraq Meydanı və bu erməninin oğurladığı milyonlar haqqında şirin-şirin nağıllar…


Bir Abbas Abbasov vardı. Baş nazirin müavini elədik. Nədir ki, onun axçığı Orta Asiyadan idi. Üstəlik, oğlunu da deputat qayırdıq. Çünki «axçi oğuları» o zaman qıt idilər. İndi çoxalıblar, vəzifə çatdırmaq olmur. Sonra ermənilik etdilər, analoqsuzluq alındı. Qovduq, ata Rusiyada ermənilərlə «çaşka-lojka» olub, oğul isə Türkiyədə öz «akrabaları» ilə işlər qurur.


Hələ bir «Monopoliya naziri» adlanan erməni yeznəsi var. Əbülfəz Məlikov Ara Abramyanla qohum olması ölkədə hər kəsdən kömrük yoluyla rüşvət almasına yol açıb. SSRİ dövründə olduğu kimi Azərbaycanda «vəzifə tutmaq üçün, ya gərək erməni olasan, ya da gərək erməni alasan» dəbə minib. Elə Haykanuşlar var ki, 5 kişini «kişi» edə bilib. Bunu, öncələr gizli, indi isə aşkar fəaliyyətdə olan «erməni qadınlar komitəsinin» qurucusu Laura Məmmədova daha yaxşı bilər.


Çoxlarınız bilirəm Gülər Əhmədovanın «tarixi haqlarının bərpasına» çox sevindiniz. Bu bizim milli ləyaqətsizlik borcumuzdu. Erməni əsilli bir xanımın hüquqlarını bərpa etmədən multikulturalizmdən necə danışa bilərdik?


Yazıq Ziya Məmmədov, KAMAZ şoferlərini döyə-döyə it zülümüylə qəpik-qəpik yığıb bir erməni məşuqə əldə etmişdi. Amma bu fərsiz əldə edənə kimi halal Haykanuşun bic oğlanları sənətkarın dalından dəydilər. İki eşşəyin arpasını bölə bilməyən bu analoqsuz nazir Avropanın uzun körpüsü adıyla Bakını yalandan iki yerə böldü. Burnundan gəlsin o şoferlərin verdiyi pullar.


Onlar günbəgün artırlar və dövlətin bütün qollarında özlərinə gen-bol yer ediblər. Hətta o qədər gücləniblər ki, dövlət rəhbərinə əzələ nümayiş etdirə bilirlər. Məsələn, Aprel döyüşü sonrası olanları və ən son ölkə rəhbərinin tarixi İrəvan torpaqları ilə bağlı bəyanatdan həmin sonra olanları analiz edin. Xaricdə və daxildə nələr baş verdiyinin və şəxsən İlham Əliyevin hədəf seçildiyini görəcəksiniz. Aprel döyüşləri zamanı «Meydan tv»-nin erməniylə əlaqəli olduğunu ilk olaraq mən yazdım. Çünki aşkar informasiya birliyini izləyəndən sonra bu qənaətə gəldim və yanılmadım. Eyni tipli materialları erməni sosial şəbəkələrində də izləməyi unutmayın. Bu gün Emin kimiləri Paşinyanın «demokratik» obrazını və Azərbaycan prezidentinin isə diktator obrazını yaratmaqla məşğuldurlar. Nəticədə daxildəki erməni soylular və xaricdəki erməni soylular əlbirdirlər. Yəni eyni nəticə üçün çalışırlar. Ölkədə heç bir ictimai rəyə təsiri olmayan adamların həbsi və bu həbslərin xaricdə təbliği eyni məqsəd üçün edilir. Bunu anlamaq üçün siyasətçi olmağa ehtiyac yoxdur. Çünki «demokratik» ermənilər, sabah diktatura olan bir ölkədə 90-cı illərdəki kimi yaşamağın mümkünsüzlüyünü ortaya qoyacaqlar. Hakimiyyətin aidiyyatlı orqanları bu nüansı ciddi surətdə araşdırmağa borcludurlar və bunu etmirlərsə dövlət başçısına xəyanət edirlər…


Düşməniksə, adam kimi düşmən olaq. Çoxları məni ultra ermənifobiyada qınayırlar. Mən erməni soylu və bu millətə qarşı əsil vətənpərvər kimi döyüşüb şəhid olmuş bir şəhidin sözlərini xatırlatmaq istəyirəm: «Kimsə bu milləti məndən yaxşı tanıya bilməz. Bunlardan bircə nəfər bizim torpaqlarda qalması belə faciədir!» Məkanı cənnət olsun!


Nə yazıq ki, vəzifələrə doldurduğumuz bu erməniəsilli adamları Beyrutdakı erməni kilsəsi idarə edir. O kilsə payızda Livanın qondarma «DQR»-i tanımasını həll etdiyini bəyan edib…

22 iyun 2018 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: