28.03.2024

AVMVİB Xocavənd rayon şöbəsində anım tədbiri

AVMVİB Xocavənd rayon şöbəsi veteranları hərbi-vətənpərvərlik tədbirlərini davam etdirib. Beyləqan rayonu İmamverdilər kəndində şəhid Hüseynov Elşən Murvətəli oğlunun Anım günü qeyd olunub.Tədbirdə kənd ictimaiyyəti, məktəbin müəllim və şagird kollektivi, rayon veteranları, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavinləri Yusif Həsənov və Məmməd Məmmədov iştirak etmişlər.

Tədbir barədə məlumat verən AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, bundan sonra da bu cür tədbirlər davam etdiriləcək. Biz veteranlar şəhidlərimizi unutmağa qoymamalıyıq. Əsas məqsədimiz bu yolla gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsidir. AVMVİB Rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq öz döyüşçü və şəhid qardaşlarımızın daim yanında olmağa çalışırıq. Daxili imkanlarımız hesabına bu işlərin öhdəsindən gəlmək üçün hər bir müharibə veteranı əlindən gələn köməyi əsirgəmir.

AVMVİB Xocavənd rayon şöbəsinin sədrinin müavini Məmməd Məmmədov sayta verdiyi açıqlamada tədbir barədə geniş ağıqlama verərək dedi: «Şəhid Hüseynov Elşən Murvətəli oğlu ilk öncə Özünü müdafiə batalyonunun tərkibində, daha sonra «N» saylı hərbi hissənin tərkibində ağır döyüş yolu keçib. Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Elşən Hüseynov cəbhəyə yollananda evli idi. Bir övladı şəhid olandan sonra dünyaya gəlib. Jalə və Nişanə adlı iki şəhid qızını anaları qəhrəmanlıqla böyüdüb və şəhidimizin adına layiq övladlar yetişdirib. Şəhid qardaşımızın həyat yoldaşı Reyhan Hüseynovaya şəhidimizi yad etmək və unutmadığımızı bildirmək üçün AVMVİB-nin təsis etdiyi Xatirə medalı təqdim etdik. Bu cür tədbirlərdə bizi dəstəklədiyinə görə AVMVİB sədri Füzuli Rzaquliyevə veteranlarımız adından minnətdarlığımızı bildiririk. Bu cür tədbirlərin davamlı olmasına çalışırıq. Bizim qəhrəman şəhid qardaşlarımızın ailələrinin gözləri yollardadır. Onları unutmağa haqqımız yoxdur. Ona görə də hər bir şəhid ailəsini yad etməyə çalışırıq və bu işdə bizə dəstək olan hər kəsə, o cümlədən Xocavənd rayon İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk. Keçmiş döyüşçülər bu tədbirlərdə daim yaxından iştirak edirlər və onlara da Allahdan can sağlığı arzulayıram».

Sonda kənd ictimaiyyəti, məktəblilər ilə veteranlar xatirə şəkli cəkdirdilər.

Şəhidlərimizə Allah rəhmət eləsin!

Müəllif: N. Məmmədli

Xəbərə aid digər fotolar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: