ZƏHMƏT OLSA DA OXUYUN: ERMƏNİLƏR ÖZLƏRİNİ «EHTİYYAT YƏHUDİLƏR» SAYIRLAR…
TƏKRAR
Ermənilərin yəhudiləri yamsıladıqları və özlərini «zapasnoy evrey» adlandırdıqlarını hər biriniz yaxşı bilirsiniz. Tarixən haylar xalq kimi deyil, toplum kimi, kimliksiz bir toplum kimi I Roma tərəfindən yaradılıb və Xaoslar üçün nəzərdə tutulub. Bütün Xaçlı-səlibçilərdən öncə hadisə yerində olublar. Lakin yəhudilr də eyni toplum kimi onlardan öncə «hadisə yerində» idilər. I Roma və II Roma dönəmində də əsas rol yəhudilərə verilib və imperiyaların çökdürülməsində indiyədək istifadə olunan bu iki toplumun tarixi ənənələrini nəzərdən keçirmək yetərlidir.
Ən son çökdürülmüş III Roma titullu Rusiya və müvəqqəti olaraq II Roma missiyasını (İldırım Bayezidə qədər) Osmanlının çöküş planını nəzərdən keçirin. Hər iki imperiyanın çöküşündə ən elit işləri yəhudilər, ən çirkin işləri isə ermənilər görürdü. Rusiyaya IV Romadan (ABŞ) nə az, nə çox 200 nəfər komissar göndərilmişdi və bunların hamısı yəhudilər idilər. Trotski, Zinovyev, Sverdlov, Kirov və onlarla bolşevikin həyatını araşdırın. Terrorizm və qətliamlar bütün ərazilərdə gien xislətli Şaumyan, Mikoyan, Baqramyan, Njde, Dro, Mirzoyan və onlarla çirkin əməl sahibi olan ermənilərin əməllərini tutuşdurun. Çox böyük bir həqiqəti anlayacaqsınız. Yəni aqil insanlara bir işarə vermək yetərlidir ki, mövcud oan həqiqətləri anlasınlar. Bu gün imperialist güclər ermənilərin yəhudilərə bənzəmək üçün ortaya atdıqları saxta «soyqırım» iddialarını həyasızcasına tanımaqdadırlar. Məncə 1948-ci ildə qəbul edilmiş bir qanunla 1915-ci ildə baş verməmiş bir olayı ittiham edən dövlətləri və onun başında duran vassal hakimlərin bir ağıl müayinəsinə ciddi ehtiyac var. Öncə 400 min erməninin öldürülməsini iddia edən ermənilər, axmaq dünyanın gözü qarşısında bu sayı 1,5 milyona qaldırdılar və Britaniya arxivlərində bütün Osmanlı ərazisində 1,2 milyon erməni yaşaması barədə demoqrafik bəlgələr sabitdir. Lakin kimsə bu erməni həyasızlığına «DUR!» demək əvəzinə, onları daha böyük beynəlxalq cinayətlər törətməsinə şərait yaradaraq faktiki olaraq XX əsrin ən dəhşətli faciəsi və insanlıq suçu olan Xocalıya göz yumurlar.
Bir ildən artıqdır ki, ermənilər yəhudilərin Fələstinlə bağlı yaydığı daha bir deyimi də oğurlayıblar. Bu ənənəvi erməni oğurluğuna tuş gələn şüar: «İki dövlət, bir Vətən» şüarıdır. Bir il öncə xanımı erməni olan Radiy Xabirov Başqırdıstan prezidenti seçildikdən sonra qondarma «DQR» ilə bağlı yazılar dərc edilməyə başlayıblar. Yəqin ki, Başqırd qardaşlarımız tezliklə buəlalarını çəkməli olacaqdır. Haykanuşun bəlalarını çəkəcəklər.
«Наша Армения» saytı da Qarabağda yaşayan gənclərin bu şüarla flaşmob yaymalarını bir erməni ideyası kimi təqdim edərək yazır: «Siyasətçilər, Qarabağın Ermənistanın bir bölgəsi olaraq tanınmanın məqsədəuyğun olduğuna toxunarlar. Qarabağ gəncləri bir araya gələrək, «Biz və dağlarımız» simvolu olan abidə ərazisində «İki dövlət — bir Vətən» adlı nadir flaşmob çəkmələri barədə QalaTV xəbər verir. Burada 450 nəfər tələbə iştirak edib».
Bir daha xatırladaq ki, bu ideya yəhudilərə aiddir (Re Levant): «İki dövlət, bir Vətən» adlı bir təşəbbüs eyni həqiqət kimi eyni ideoloji materialdan modellənmiş bəzi mövcud ütopik dünyaya qarşı bir cəhd kimi qəbul edilməlidir. Bu konsepsiyanın tərəfdarları, 1967-ci il sərhədinə uyğun olan sərhəd tamamilə açıq olacaq — iki dövlətin konfederasiyasını — yəhudi və fələstinlilərin xəyallarını xəyal edir. Bölmə divarı yoxdur, heç bir yol barmaqları, xüsusi iş icazəsi yoxdur, insanlar dənizdən İordaniyaya qədər ərazisində sərbəst hərəkət edəcək və istədikləri yerə yerləşəcəklər».
Beləliklə ermənilər özlərini «ehtiyyat yəhudi» statusunda görməklə yanaşı, onlarla bəhs edirlər. Amma bildirim ki, ermənilərdən, yəni hay-boşlardan heç yəhudilərə əl iti də olmaz, nəinki ehtiyyat yəhudilər…
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin Rəhbəri