28.03.2024

Həbib bəy kimi generalı hardan alım ki…

İlham İsmayıl

Bu gün Azərbaycan tarixinin şanlı səhifəsidir! Bu gün Dağlıq Qarabağın qondarma rejiminin xarici işlər nazirliyi  bəyanat yayaraq 100 il əvvəl Şuşada Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Şuşanı azad etməsi ilə əlaqədar bəyanat yayıb. 


Təbii, ermənilər bu tarixi azadetmə kimi yox, soyqırım kimi təqdim ediblər. Əslində isə qəhrəman general Həbib bəy Səlimovun sərkərdəlik bacarığı sayəsində martın 22-də Əsgəran qalası azad edildikdən sonra “martın 23-də Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə Nazirliyi Qarabağı düşməndən xilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə güclü qüvvə ayrıldı. Martın 23- də Azərbaycan ordusunun əsas hissəsi-20 minə yaxın əsgər və zabiti bu cəbhəyə göndərildi. O cümlədən, Üçüncü Gəncə, Beşinci Bakı, Birinci Cavanşir, Dördüncü Quba, Səkkizinci Ağdam alayları general Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola düşdü.


Aprelin 3-də başlayan ölüm-dirim savaşı 12 gün davam etdi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına, Xankəndinə daxil oldular. Yenilməz fədakarlıqla döyüşən əsgərlərimiz daşnak ordusunu darmadağın etdilər. 4 min nəfərlik erməni süvari dəstəsinin başçısı general Dəli Qazar döyüşlərdə öldürüldü. Əsgəranın böyür- başında gizlənən general Dro Kanayanın piyada alayları isə xəndəklərdən çıxıb qaçmağa başladılar”.

Bu gün niyə dövlət səviyyəsində qeyd olunmur? Biz əfsanə qəhrəmanlara daha çox heykəl qoyuruq, nəinki həqiqi qəhrəmanlarımıza. Mehmandarov kimi naziri, Həbib bəy Səlimov kimi generalı hardan alım ki, Əsgəranı, Şuşanı bir də azad etsin. Gənc nəsldə hərbi –vətənpərvərlik ruhunu  artırmaq üçün Həbib bəy Səlimovun düşmən üzərində çaldığı zəfərləri təbliğ edib, ona heykəl qoymaq lazımdır. O heykəli məmnunniyyətlə Quzanlıda ucaldardım. Həbib bəy  atın üstündə, əli Şuşa istiqamətini göstərən heykəl… 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: