Azərbaycanda dərslər dayandırılır? — RƏSMİ
Azərbaycan Təhsil Nazirliyi koronavirus təhlükəsinə görə ümumi təhsil müəssisələrində dərslərin dayandırlacağı ehtimalı ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bunları bildirib:
«Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir».