Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxardı

Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, əmrə əsasən, polis mayoru Elvin Abbasov Regional Narkomaniya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Elvin Abbasovun özü isə yeni vəzifəyə kimi baş əməliyyat müvəkkili işləyib.
Yeni rəis Elvin Abbasov bu vəzifədə Zəfər Abıyevi əvəz edib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Zəfər Abıyev Daşkəsən rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin qardaşıdır.