12.03.2025

AVMVİB Neftçala rayon şöbəsində “Salam olsun Şəhidlərə” adlı stolüstü tennis yarışı keçirilib

Bu gün 14 fevral 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi Şəhidlərin xatirəsinə həsr edilmiş “Salam olsun Şəhidlərə” adlı stolüstü tennis turnirinin final mərhələsini keçirdi.

“Salam olsun Şəhidlərə” adlı stolüstü tennis turniri 7 fevral 2025-ci ildə başlamışdır. Turnirin başlanğıc tarixi eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğum gününə təsadüf edir. Azərbaycan gənclərinin şəhidlərimizin ruhunu daim uca tutması və Mübariz İbrahimov kimi mərd, igid yetişməsi biz qazilərin əsas vəzifə borcudur. AVMVİB sədri Füzuli Rzaquliyev və təşkilati məsələlər üzrə müavin Vahid Abdurahmanov rayon təşkilat sədrlərinin qarşısında bu və buna bənzər bir çox tapşırıqlar qoymuşdur.

Final yarışı Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Neftçala rayonunun Bankə qəsəbəsindəki Mədəniyyət Evində keçirildi.

Final yarışında Neftçala rayonunun Vətən müharibəsi iştirakçıları, Bankə qəsəbəsinin sakinləri, qazilər və turnirin hakimi Həsənov Nizami İmran oğlu iştirak edirdilər.

Final mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və onların ruhuna duaların oxunması ilə başladı.

Final yarışı A və B qrupları üzrə keçirildi.

A qrupunda qalib olunanlara Diplom və Medal təltif olundu
A qrupu I — yer Əhedli Balaş Babek oğlu
II – yer Əbilov Allahverdi Əbil oğlu
III – yer İsmayıl Təhməzli Rüstəm oğlu
B qrupunda qalib olunanlara TƏŞƏKKÜRNAMƏ təqdim olundu
B qrupu I — yer Abdullayev Abasaga Taleh oğlu
II – yer Zeynallı Hüseyn Yaşar oğlu
III – yer Təhməzi Məhəmməd Ayaz oğlu

“Salam olsun Şəhidlərə” stolüstü tennis idman yarışının Hakimi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Neftçala rayon Bankə Qəsəbəsi Mədəniyyət evinin təşkilatcısı Qazi Həsənov Nizami İmran oğluna AVMVİB — nin Neftçala rayon şöbəsi adından TƏŞƏKKÜR edir və TƏŞƏKKÜRNAMƏ ilə təltif olundu.
Tədbirlərimizə hər zaman mənəvi dəstək olan və bu turnirin təşkilatçısı Bağırov Murad Səfadər oğluna AVMVİB — nin Neftçala rayon şöbəsi adından TƏŞƏKKÜR edirik!

Mübariz Eldar oğlu — AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran az” qəzetinin Şirvan-Salyan regional muxbiri

Whats-App-Image-2025-02-14-at-13-38-56-8

Whats-App-Image-2025-02-14-at-13-38-57

Whats-App-Image-2025-02-14-at-13-38-56

Whats-App-Image-2025-02-14-at-13-38-56-1

Whats-App-Image-2025-02-14-at-13-38-56-2

Whats-App-Image-2025-02-14-at-13-38-56-3

Whats-App-Image-2025-02-14-at-13-38-56-4

Whats-App-Image-2025-02-14-at-13-38-56-5

Whats-App-Image-2025-02-14-at-13-38-56-6

Whats-App-Image-2025-02-14-at-13-38-56-7

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: