14.02.2025

Təbrik: Altay Babaşov — 68

Qarabağ müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və «Veteranın səsi» ictimai-syasi, sosial-iqtisadi aylıq jurnalının baş redaktoru Babaşov Altay Əhəd oğlunun doğum günüdür. Yanvar ayının 11-də onun 68 yaşı tamam olur.

Altay Babaşov Şuşanın müdafiəsi və Kərçicahan uğrunda gedən döyüşlərdə Milli Qəhrəman Ramiz Qəmbərovla birlikdə iştirak etmiş və ağır yaralanmış və daha sonra xüsusi təyinatlı kimi yenidən döyüşlərə qatılmışdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Veteran.az kollektivi Altay mülləmi doğum günü münasibətilə səmimi qəlbən təbrik edir! Həyatı boyu böyük əzmkarlıq nümunəsi olan, erkən yaşlarında qarşılaşdığı çətinliklərə baxmayaraq, dövlətimizə layiqli bir Vətən oğlu kimi yetişmək hər bir insan üçün böyük fəxarətdir.

Bu xüsusi gününüzdə sizə cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayırıq!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-01-10-at-23-04-46-1

Whats-App-Image-2025-01-10-at-23-04-46-2

Whats-App-Image-2025-01-10-at-23-04-45

Whats-App-Image-2025-01-10-at-23-04-46

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: