21.11.2024

AVMVİB Suraxanı rayon şöbəsi Zəfər Gününə həsr olunmuş «Misilsiz cəsarət» adlı rəsm sərgisi təşkil etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsi Zəfər Gününə həsr olunmuş «Misilsiz cəsarət» adlı rəsm sərgisi təşkil etmişdir. Tədbirin digər təşkilatçıları arasında Bakı şəhəri Suraxanı Gənclər Evi və Şəhid ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsi olmuşdur.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Suraxanı rayon İcra Hakimiyyətinin Şəhid ailələri və qazilərlərlə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov və idgər qonaqlar iştirak etmişlər.

Bakı şəhəri Suraxanı Gənclər Evində baş tutan rəsm sərgisində rəssam Şəmsəddin Böyükdüzlünün fırçasından çıxmış rəsimlər nümayiş olunduqcdan sonra onlar şəhid ailələrinə təqdim edilmişdir.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: