Nefrtçalada 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbir
8 Noyabr-Zəfər Günü ilə əlaqədar Neftçala Rayon Təhsil Sektoru tədbir keçirdi. Tədbirdə Neftçala Rayon Təhsil Sektorunun müdiri Nicat Cəfərov, Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi Esmira Məmmədzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri Mübariz Hüseynov, müavini Rahim Manafov, Şəhid ailə üzvləri, Vətən müaharibəsi qaziləri və müharibə iştirakçıları, məktəbəqədər və ümumi təhsil müəsisələrinin rəhbərləri, şagirdləri və digər qonaqlar iştirak etdilər.
İlk öncə söz Tədbirdə Neftçala Rayon Təhsil Sektorunun müdiri Nicat Cəfərova verildi. Natiq məktəblərdə keçirilən vətənpərvərlik haqqında danışdı. Növbəti söz Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi Esmira Məmmədzadəyə verildi. O, Neftçalada keçirilən Zəfər bayramından danışdı. Natiqlərdən sonra söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri Mübariz Hüseynova verildi. O, AVMVİB təşkilatın 1994 -ci ildə yaranmasından və hazırda AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla 91 min müharibə veteranının gördüyü işlərdən danışdı. Sonda xatirə şəkli çəkildi.