21.11.2024

09 oktyabr 2020 *“İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı”

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

AVMVİB Neftçal Şöbəsi Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 13-cu günü

Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

* Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən «N» saylı hərbi hissədə «baş əsgər» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində şəhid olub. Qax rayonunun İlisu kəndində dəfn olunub. **** Abdullayev Nicat Mirnəbi oğlu 4 sentyabr 1995-cı ildə Saatlı rayon Seyidlər kəndində doğulub. İlk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib. Musiqiyə böyük həvəsi olan Nicat Xırdalanda saz ixtisası üzrə musiqi məktəbini bitirib. Hərbi xidmətini Gəncədə başa vurduqdan sonra elə musiqi sahəsində çalışmağa başlayır, toylarda, el məclislərində çıxış edir. 2-ci Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

**** Tacəddin Abışov 2001-ci il noyabrın 27-də İmişli şəhərində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Tacəddin Abışov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. İmişli şəhərində dəfn olunub. *** Ağayev Həmdəm Mayıl oğlu 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. Həmdəm Ağayev 1993-1994-cü illərdə — hələ 18 yaşında olarkən könüllü olaraq Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə baş leytenant, 2004-cü ildə kapitan, 2006-cı ildə mayor, 2012-ci ildə isə polkovnik-leytenant hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən «Hərbi xidmətlərə görə» medalı ilə təltif edildi. 2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən «N» saylı hərbi hissənin komandir müavini — qərargah rəisi vəzifəsində xidmət eləyib. Həmdəm Ağayev 2018-ci ildən 4-cü Ordu Korpusunun qərargah rəisi vəzifəsində xidmət edirdi. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub. Həmdəm Ağayev oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn olunub.

**** Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə isə Kazan Universitetinə daxil olub. Subay idi. Elmir Akifzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Akifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Akifzadə oktyabrın 9-da Hadrut döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. **** Asiman Allahverdiyev 1998-ci avqustun 26-da Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər İnternat tipli Gimanziya məktəbində təhsil alıb. 2016-cı ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində uzun müddətli xidmət keçib. Kəşfiyyatçı olaraq döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyi üçün komandirləri tərəfindən dəfələrlə diplom, təşəkkür və hədiyyələrlə təltif olunub. Azərbaycan Ordusunun əsgəri olan Asiman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocəvənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Xüsusi təyinatlı qrup giziri, qəhrəman Asiman Allahverdiyev Füzuli şəhərinə daxil olan ilk kəşfiyyatçılardan biri olub. 2020-ci il, oktyabrın 9-da Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.

**** Rəvan Alxaslı 1 yanvar 1996-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətində 2016-cı ilin 1-5 aprel tarixində Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin iyul ayında səfərbər olunan Rəvan Alxaslı 21 sentyabr tarixindən hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəvan Alxaslı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda və döyüşlərdə vuruşmuşdur. 9 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Tərlan Amanaliyev 1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 2001–2012-ci illərdə A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində təhsil alıb. Tərlan Amanaliyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tərlan Amanaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tərlan Amanaliyev oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Beyrək Aydəmirov 1990-cı ilin avqustun 13-də Şabran rayonu Çayqaraqaşlı kəndində anadan olub. Hələ 6 yaşında ikən atasını itirib. 1997-ci il Şabran rayonu Çayqaraqaşlı kənd orta məktəbinə daxil olub, daha sonra isə təhsilini Şabran rayonu Çolquşçu kənd tam orta məktəbində davam edib. 2008-ci ildə hərbi xidmətə çağırılıb və 112 nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. 2010-cu ildə hərbi hissədən ehtiyata buraxılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən sonra mexanik sürücü, 2-ci tank taborunun rabitə tağımında idarəetmə manqasında baş sürücü mexanik vəzifəsində xidmət edib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, borcunu ləyaqətlə yerinə yetirib. Füzuli rayonunun azad olunması uğrunda döyüşüb. 9 oktyabr tarixində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. KƏRİMLİ Orxan Akif oğlu (6.10.2001, Göyçay ş. – 9.10.2020, Daşkəsən r-nu) – Vətən müharibəsi şəhidi. 9.10.2019 il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 10 oktyabr 2020 il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Göyçay Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Kəlbəcərin azad olunmasına görə” (29.12.2020), “Cəsur döyüşçü” (18.12.2020) və “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib. Əli Məmmədov 2000-ci il aprelin 13-də Yevlax şəhərində Zeynal və Almaz Məmmədovların ailəsində anadan olub. Subay idi. Əli Məmmədov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə «gizir» hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Məmmədov oktyabrın 9-da Hadrut döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Bəhruz Nəcəfov 9 mart 1996-cı il tarixində Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuşdurBəhruz Nəcəfov 9 mart 1996-cı il tarixində Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuşdur. 2003-cü ildə Neftçala rayon Qaralı rayon kənd məktəbində 1-ci sinfə başlamışdır. 2011-ci ildə həmin məktəbin məzunu olmuşdur. Bəhruz 2011-ci ildə Oryad qəsəbəsində peşə məktəbində təhsilini davam etdirmişdir. 2013-cü ilin iyun ayında peşə məktəbini bitirmişdir. Bəhruz Nəcəfov 2013-cü ildə Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. 2016-cı ilin yanvar ayında isə hərbi xidmətini bitirmişdir. 29 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı hərbi səfərbərliyə çağırılaraq, müharibədə iştirak etmişdir. Bəhruz Nəcəfov 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə vuruşaraq şəhid olmuşdur. 9 oktyabr 2020-ci ildə Neftçala rayon Qaralı kəndində dəfn olunmuşdur. * Ürfan Orucov 1996-cı il oktyabrın 9-da Şabran şəhərində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ürfan Orucov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ürfan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ürfan Orucov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. * Nəcməddin Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 2006-2017-ci illərdə N.Davudov adına 1 saylı Şərif kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Nəcməddin Sarkayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Sarkayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nəcməddin Sarkayev noyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şərif kəndində torpağa tapşırılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: