18.10.2024

Allah rəhmət etsin!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sıralarından Mahmudov Cəbrayıl Nurullah oğlu haqq dünyasına qovuşmuşdur.

Mahmudov Cəbrayıl Nurullah oğlu 1962-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuş, 1979-cu ildən Bakı şəhərinə gələrək təhsilini davam etdirmiş və Bakı baş tikinti idarəsində əmək fəaliyyətinə başlamışdır.

1993-cü ildə Qarabağa vətənin müdafiəsinə yollanmış və Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışdır. 2-qrup müharibə əlili idi.

Qeyd edək ki, uzun illər AVMVİB-nin Suraxanı rayon şöbəsinin sədr müavini işləmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Mahmudov Cəbrayıl Nurullah oğlunun ölümündən kədərləndiyini bildirir, onun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət etsin!

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: