27.07.2024

Təbrik: Fəxrəddin Behbudov — 75

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi kollektivinin daha bir üzvünün — Behbudov Fəxrəddin Xalid oğlunun yubileyidir. Bu gün onun 75 yaşı tamam olur.

Behbudov Fəxrəddin Xalid oğlu 29 may 1949-cu ildə Göyçay rayonu Bığır kəndində anadan olmuşdur. 1955-ci ildə Bığır kənd orta məktəbinə daxil olmuş, 1965/1966-cı tədris ilində həmin məktəbi uğurla başa vurub, Sumqayıt şəhərində yerləşən Kimya-Texnologiya texnikumuna daxil olmuşdur. 1968-1970-ci illərə qədər Sovet ordusu sıralarında hərbi desant qüvvələrində xidmət etmişdir. Hərbi xidmətdən sonra Kimya-Texnologiya texnikumunu bitirərək məzun olmuş və göndərişlə Sumqayıt şəhərində yerləşən Sintetik-Kauçuk zavodunda aparatçı vəzifəsində işləməyə başlamışdır. Həmin il ictimai fəallğına görə Behbudov Fəxrəddin Xalid oğlu işlədiyi sex üzrə komsomol komitəsinə katib seçilmişdir. 1982-ci ildə Texniki nəzarət şöbəsinə usta təyin olunmuş və elə həmin il də 3 sexə üzrə partiya təşkilatının katibi seçilmişdir. 1990-cı ildə işlədiyi zavod üzrə Sumqayıt şəhər sovetinə deputat seçilmişdir. 1992-ci ildə məlum Xocalı faciəsindən sonra Vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmək üçüb könüllü şəkildə Qarabağ döyüşlərinə qatılmışdır. 1996-cı ildə ordudan tərxis olunmuşdur. Hal-hazıda ehtiyatda olan kapitandır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinində AVMVİB Sumqayıt şəhər ümumi şöbənin müdiri vəzifəsində çalışır.
Ailəlidir. Üç övladı, 7 nəvəsi var.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin müvafiq əmri ilə uzunmüddətli səmərəli fəaliyyətinə və təşkilatın ictimai həyatındakı roluna görə Behbudov Fəxrəddin Xalid oğlunu Fəxri Fərmanla təltif edilmişdir.

Behbudov Fəxrəddin Xalid oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB Sumqayıt şəhər şöbəsinin kollektivi, iş və döyüş yoldaşları, yaxınları bu əlamətdar gün münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayərlar.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-05-25-at-12-22-44

Whats-App-Image-2024-05-25-at-12-23-10

97
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: