22.12.2024

Təbrik: Zəkəriyyə Rəhimov — 58

Bu gün daha bir silahdaşımızın — AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyyə Rəhimovun 58 yaşı tamam olur.

Zəkəriyyə Rəhimov Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda canından keçməyə hazır olan vətənpərvərlərimizəndir. Elə buna görədir ki, o, Qarabağ uğrunda gedən bir çox ağır döyüşlərin iştirakçısı olmuşdur. Bundan əlavə, Zəkəriyyə Rəhimov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin Şimal Regionu üzrə səlahiyyətli nümayəndəsi kimi təşkilatın ictimai və sosial fəaliyyətində həmişə aktiv iştirak etmişdir.

Olduqca təvazökar insan olan Zəkəriyyə Rəhimovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB Mətbuat xidməti, döyüş yoldaşları, o cümlədən yaxınları təbrik edir, ona uzun ömür və möhkəm cansağlığı arzu edir!

Təbrik edirik, Zəkəriyyə bəy!
Bütün gözəlliklər sizin olsun!

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-05-20-at-18-06-35
Whats-App-Image-2024-05-20-at-18-07-11
Whats-App-Image-2024-05-20-at-18-08-19
Whats-App-Image-2024-05-20-at-18-12-30
Whats-App-Image-2024-05-20-at-18-13-18
Whats-App-Image-2024-05-20-at-18-16-16
Whats-App-Image-2024-05-20-at-18-22-56
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: