14.12.2024

AVMVİB Gənclər təşkilatının qərərgahında növbəti görüş

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Gənclər təşkilatının qərərgahında müraciətlərlə bağlı növbəti görüş keçirilmişdir. Görüş çərçivəsində AVMVİB-nin Gənclərlə iş üzrə şöbə müdiri Həsən Əliyev 44 günlük vətən müharibəsi iştirakçısı Bəhrəmli Əhməd Rəsul oğlu ilə sosial məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparmış, onu narahat edən məsələlərin bir qismi yerindəcə həll olunnmuş, digər məsələlərin aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün müvafiq məzmunda sorğular hazırlanmışdır. Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri AVMVİB-nin Gənclərlə iş üzrə şöbəsi tərəfindən nəzarətə götürülməklə geniş şəkildə təhlil edilmiş, digər müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələbləri tam və hərtərəfli formada izah edilmişdir.

Qeyd edək ki, AVMVİB-nin Gənclərlə iş üzrə şöbəsinə daxil olan bütün növ vətəndaş müraciətlərinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yüksək həssaslıqla yanaşılır və həlli istiqamətində zəruri addımlar addımlar atılır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: