27.07.2024

Təbrik: Mayılxan Əliyev — 69

Daimi həyatın imtahanlarından alınıacıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  Yardımlı rayon şöbəsinin sədri  Polis və Müharibə veteranı istefada olan polis mayoru Əliyev Mayılxan Əzuzula oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Veteran.az kollektivi, doğmalaarı, döyüşcü və iş yoldaşları səmimiqəlbdən təbrik edir,  həyatda insan üçün ən möhkəm  olan can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər.  Mayılxan, qoy  yaşnızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Əliyev Mayılxan Əzuzula oğlu  1955-ci ildə aprel ayının 28-də Azərbaycan Respublikasının Yardımlı rayonun Bilinə kəndində zəhmətkeş ailədə anadan olub.
Yardımlı rayonun Vərgədüz kənd orta məktəbi bitrib.
1973-1975-ci  illərdə  Sovet Ordusunun Leninqrad şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 
1976-2010-cu  ilərdə Daxili İşlər Orqanlarında Millətə, Vətənə, Dövltə və Xalqa sədaqətlə xidmət edib.

Mayılxan Əliyev  Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, oğlu isə  baş zabit vəzifəsində 44 günlük Vətən Müharibəsində fəal iştirak edib .

Xidmətdə səmərəli fəaliyətinə görə Daxili işlər naziri və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə bir sıra medalarla,döş nişanları ilə, diplomlarla, fəxti fərmanlarla və qiymətli hədiyyələrlə  mükafatlandırlıb və ona təşəkkur elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin Rəhbərliyi

Whats-App-Image-2024-04-28-at-12-41-00 Whats-App-Image-2024-04-28-at-12-41-00-1 Whats-App-Image-2024-04-28-at-12-41-00-2

Whats-App-Image-2024-04-28-at-12-41-01 Whats-App-Image-2024-04-28-at-12-41-01-1 Whats-App-Image-2024-04-28-at-12-41-02

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: