Azərbaycanla Qarabağda çiyin-çiyinəyik — ƏRDOĞAN
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayandığını deyib.
Veteran.az-ın məlumatına görə, bu barədə o, Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxış edən zaman danışıb.
“Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Biz Liviyada və Qarabağdayıq. Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır. Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artır. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan “afərin” almağa çalışmaqdan, bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyə çevrildik”, — deyə dövlət başçısı bildirib.