27.07.2024

AVMVİB Tərtər rayon şöbəsndə tədbir keçirilmişdir

28 Dekabr 2023-cü il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsində tədbir keçirilib. Tədbir çərçivəsində Tərtər Cümə Məscidinin Axund Müavini Ədilov Saleh Qərib oğlu AVMVİB — Tərtər Şöbəsinin Fəxri Üzvü seçilmişdir. Eyni zamanda, bir sıra müharibə veteranları AVMVİB Tərtər Şöbəsinə üzv olaraq qəbul olunmuşdur.

Tədbir zamanı Sədr Çingiz İsayev ölkəmizin əldə qələbədən, bu qələbəni bizə yaşadan şəhidlər, qazilər veteranlar haqqında çıxışlar edib. Onların ölkə üçün misilsiz xidmətləri olduğunu, dövlətimizin daim onların yanında olduğunu vurğulayıb.

Sonda yeni üzv olmuş, Müharibə Veteranlarına üzvlük vəsiqəsi təqdim edilmişdir.

AVMVİB Mətbuat xidməti
Elçin Qədirov — Qarabag bölgə müxbiri

JRmyLlI.jpg JRmysKN.jpg JRmyPPp.jpg JRmy6VR.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: