27.07.2024

AVMVİB sədri veteranlar adından Ali Baş Komandanı doğum günü münasibətiylə təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevi doğum günü münasibətiylə təbrik edib.

Təbrikdə deyilir:

«Hörmətli cənab Prezident!


Doğum gününüz münasibətilə Sizi çoxminlik Vətən müharibəsi veteranları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.


Siz Azərbaycan Respublikasının Ali dövləti vəzifəsində fəaliyyətinizdə özünüzü ən böyük layihələri həyata keçirmiş bir lider, parlaq şəxsiyyət, prinsipial və ardıcıl siyasi xadim, Müzəffər Komandan, dövlət və xalqın lideri kimi göstərmisiniz.


Ali Baş Komandan kimi düşmənə bir qarış Vətən torpağını işğal etməsinə imkan verməmiş və sülh danışıqlarında tutduğunuz prinsipial mövqe ilə hər kəsin fövqündə dayanmış və bu gün Azərbaycan tarixinin son 200 illik tarixinə öz adınızı Fateh kimi yaza bilmisiniz. Hərbi birləşmələrimiz, məhz Sizin Komandanlığınız altında öz qarşısına qoyulmuş vəzifəsini layiqincə icra etmiş, torpaqlarımız düşməndən azad edilmiş və Ordumuzun texniki təchizatı daim gücləndirilmişdir. Bu gün ölkə üçün qırmızı xətt kimi irəli sürdüyünüz «Qarabağ Azərbaycandır!» şüari hərbi və siyasi reallığa çevrilmişdir.


Bu gün Sizin rəhbərliyinizlə ölkənin iqtisadi potensialı fəal şəkildə artır, siyasi və sosial təsisatlar təkmilləşdirilir. Azərbaycanda həyata keçirilən konstruktiv xarici siyasət regionda sabitliyin təmin edilməsinə, beynəlxalq ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsinə şərait yaradır. Yürütdüyünüz sosial siyasətdə daim müharibə veteranlarının sosial hüquqlarını diqqət mərkəzində saxlayırsınız.


Möhtərəm Ali Baş Komandan cənab İlham Əliyev, çox minlik veteranlar adından Sizə səmimi qəlbdən möhkəm can sağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm.


İnanırıq ki, məhz Sizin Komandanlığınız altında Azərbaycanın qazandığı tarixi Zəfərin üç rəngli bayrağı bir daha enməyəcəkdir və bizlər bu bayrağı Sizin əmriniz altında daha uca məqamlara qaldıracağıq!»


Bütün gözəlliklər Sizinlə olsun, cənab Ali Baş Komandan!

Dərin hörmətlə, Füzuli Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: