AVMVİB sədri: «Azərbaycanın müasir hərb tarixinin əsasını qoyan İlham Əliyev cənabları xalqın vahid namizədidir»
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev Yeni Azərbaycan Partiyasının növbəti Prezident seçkilərində irəli sürdüyü İlham Əliyev cənablarının namizədliyi ilə bağlı saytımıza açıqlama verib. Açıqlamada deyilir:
«Bu günlər müasir Azərbaycan tarixinin şərəfli səhifələrindəndir. Bu gün biz hamımız Azərbaycanın ən gözəl tarixini yaşayırıq. Xüsusilə, 90 mindən çox veteranı özündə birləşdirən təşkilat olaraq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) istəyi və arzusu budur ki, Yeni Azərbaycan Partiyasının namizədliyini irəli sürdüyü İlham Əliyev cənablarını həmişə Azərbaycan Respublikasının Prezidenti kimi görək, çünki, bu istək, bütövükdə, həm də Azərbaycan xalqının iradəsini əks etdirir. Biz arzu edirik ki, Ali Baş Komandanın əsgərləri kimi, biz hamımız müvəffəqiyyətli qələbə yolunu cənab İlham Əliyevlə hələ uzun müddət davam etdirək. Müzəffər Ali Baş Komandanın öz Xalqı üçün qarşıda böyük məqsədləri vardlr və biz də onunla çiyin-çiyinə tarix yazmağa hazır olmalıyıq. Ola bilsin, əksər veteranlarımızın çoxu yaşlanıb, amma bizim yolumuzu örnək alıb hərbi fəaliyyətlətini davam etdirən övladlarımız vardlr və onlar daim Ali Baş Komandanın əmrinə müntəzirdirlər. Biz İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdik. 1989-cu ildən sonra birinci dəfədir ki, Qarabağ torpaqlarında ilk dəfə Müstəqil Azərbaycanın seçkiləri baş tutacaqdır. Bu da bütöv Azərbaycan deməkdir. O, son 200 ildə yeganə liderdir ki düşmən tapdağı altında qalmış Azərbaycan torpaqlarını geri qaytarmış və müstəqilliyini tam bərqərar etmişdir. «
F.Rzaquliyev əlavə edib ki, ədəbiyyat, sənət, və siyasət sahəsində fəal olan böyük şəxsiyyətlər insan cəmiyyətinin inkişafına və mədəniyyətinin zənginləşməsinə öz töhfələrini qoymuşdurlar. Bu baxımdan Azərbaycanın böyük liderlərindən biri olan İlham Əliyev, ölkəsi üçün böyük işlərə imza atmış, müstəqil Azərbaycan Respublikasının inkişafında əhəmiyyətli rolu olan və ölkəsi üçün təcrübəli bir lider kimi özünü isbatlamış bir şəxsdir. Onun fəaliyyəti, Azərbaycanın beynəlxalq arenada daha güclü və müstəqil bir mövqe əldə etməsində böyük təsir göstərməkdədir. Ali Baş Komandan İlham Əliyev cənabları Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, xalqın üzərindən böyük bir töhməti götürüb, hər qarış torpağımızda suveren hüquqlarımızı bərqərar edib, dünyada və ölkəmizdə yeni reallıqlar yaradıb. Bu nailiyyətlərin və bu siyasətin davam etməsi lazımdır.
AVMVİB sədri fikirlərini bu sözlərlə yekunlaşdırmışdır:
«Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir. Bunun bir səbəbi Xalq-Prezident Birliyidirsə, digər bir səbəbi də Prezidentin Ali Baş Komandan kimi öz əsgərlərinə göstərdiyi qayğıda və verdiyi dəyərdə öz əksini tapmışdır. Müharibə veteranlarına diqqət göstərmək, onların sağlamlığının bərpası üçün tibbi, psixoloji və sosial yardım təmin etmək deməkdir. Bu, onların həyatlarına, ailələrinə və cəmiyyətə daha sürətli inteqrasiyası üçün əhəmiyyətli bir addımdır. Müharibə veteranlarına qayğı göstərmək bir ictmai birlik kimi AVMVİB-in sosial məsuliyyəti olduğu üçün təşkilatımız daim onların hüquqlarının bərqərar olunması istiqamətində dövlətimizlə birlikdə lazımi fəaliyyətini var gücü ilə göstərəcəkdir. Biz həm sosial, həm də hərbi yönümdə dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın daim yanındayıq».
AVMVİB Mətbuat xidməti